Yaponiyanın Naqoya şəhəri yaxınlığındakı Çubu beynəlxalq hava limanında Ukraynaya məxsus yük təyyarəsi eniş zamanı yanıb.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə oktyabrın 22-də yerli vaxtla saat 19:20 radələrində baş verib. Təyyarənin enişi zamanı gövdəsində alov müşahidə olunub. Təyyarə uçuş-enmə zolağında qısa müddət dayanıb, daha sonra zolağı tərk edib.
Hadisə ilə əlaqədar uçuş-enmə zolağı 15 dəqiqə müddətinə bağlanıb. Hazırda hava limanı normal rejimdə fəaliyyət göstərir.
Yerli hakimiyyət orqanları hadisənin başvermə şəraitini araşdırır. Təyyarənin göyərtəsində daşınan yük barədə məlumat verilməyib.