Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkədən gedənlərin sayını üstələyib

2026-cı ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3 130 nəfər gələn, Azərbaycandan isə 1780 nəfər gedən qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

 

Qeyd edilib ki, ölkə üzrə miqrasiya saldosu müsbət 1350 nəfər təşkil edib.