Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının XI Zirvə toplantısının keçiriləcəyi yer və vaxt məlum olub.
Trend xəbər verir ki, bu barədə TDT-nin rəsmi saytında yerləşdirilən proqramda məlumat verilib.
Məlumata əsasən, TDT dövlət başçılarının XI Zirvə toplantısı 5-6 noyabr 2024-cü il tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində baş tutacaq.
Qeyd edək ki, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.