Milli Məclisin sədri: Azərbaycan hər zaman etibarlı tərəfdaş kimi çıxış edir

Azərbaycan hər zaman etibarlı tərəfdaş kimi çıxış edir. Biz də ölkəmizin belə mövqeyi ilə həmişə fəxr edirik.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Parlamentin sədri qeyd edib ki, Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti həm ayrı-ayrı dövlətlərlə münasibətlərində, eyni zamanda, dünyanın qlobal problemlərinin həllinə verdiyi töhfələrdə özünü açıq şəkildə göstərir.