Baş prokuror Kamran Əliyev Gəncədə “Memorial Abidə Kompleksi”ni ziyarət edib

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Gəncəyə səfər edib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Kamran Əliyev şəhərin Gülüstan qəsəbəsində yerləşən “İstiqlal” parkındakı “Memorial Abidə Kompleksi”ni ziyarət edib, önünə gül dəstələri qoyub. Şəhidlərin xatirəsi ehtiramla yad edilib.