Kral III Çarlz İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Mən çətinliklərin yaşandığı indiki dövrdə ölkələrimiz arasında mehriban dostluğun və güclü tərəfdaşlığın davam edəcəyinə ümidvar olduğumu bildirmək istərdim".