Ermənistan parlamenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların reqlamentini qəbul edib

Ermənistan parlamenti “Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti” haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

Trend bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.

Qanun layihəsi Ermənistan parlamentinin bu gün keçirilmiş iclasında qəbul olunub.

Qeyd olunub ki, 67 deputat qanun layihəsinin lehinə səs verib. Bitərəf və əleyhinə səs verənlər olmayıb.