Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Möhübbət Mustafayev dəfn edildi (FOTO)

Bu gün Tərtər şəhərində baş tutan dəfn mərasimində 1974 - cü il təvəllüdlü Mustafayev Möhübbət Qənimət oğlu torpağa tapşırılıb.

Trend xəbər verir ki, şəhidimiz Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olub. Milli ordu sıralarında Kəlbəcərin müdafiəsində iştirak edib.

1993 - cü ildə Kəlbəcər rayonunun Bağırsaq kəndində itgin düşüb. Kəlbəcərin işğaldan azad edilməsindən sonra nəşinin qalıqları itgin düşdüyü Bağırsaq kəndində aşkar edilib. Şəhidin qalıqları Məhkəmə- Tibbi Krimjnalistoka və Məhkəmə - Genetik Ekspertizası zamanı eyniləşdirildikdən sonra ailəsinə təhvil verilib.

Şəhid, Tərtər rayonu Seydimli kənd məzarlığında torpağa tapşırılıb.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib.