Prezident İlham Əliyev Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin edib - SƏRƏNCAM

Prezident İlham Əliyev C.H.Musayevin Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncama əsasən, Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.