Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra Türkiyə-Ermənistan münasibətləri normallaşacaq - Hakan Fidan

Azərbaycan və Ermənistan arasında sülh sazişini regionda sabitlik və sülh üçün çox vacib hesab edirik.

Trend xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə KİV-ə müsahibəsində deyib.

O qeyd edib ki, Türkiyə tərəflərin razılaşmaya yaxınlaşdığını görməkdən məmnundur.

"Sərhədlə bağlı son razılaşma bu tərəqqinin bariz nümunəsidir.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra Türkiyə-Ermənistan münasibətləri də normallaşacaq",- deyə H.Fidan bildirib.