Gəncədə Zəfər Günü münasibətilə hərbi qulluqçuların təntənəli yürüşü keçirilir

Gəncə şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüşü başlayıb.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Gəncənin Nizami Gəncəvi prospektindən başlayan yürüş Heydər Əliyev prospekti ilə davam edib, Mirzə Abbas Abbaszadə küçəsində yekunlaşacaq.

Şəhərdə bayram ab-havası yaşanır.

Bu gün, həmçinin Gəncənin Heydər Əliyev adına meydanında "Zəfərin mübarək, Azərbaycan!" adlı konsert proqramı təşkil olunacaq. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatacaq.