Cənubi Koreyanın nazir müavini: Azərbaycan COP29 tədbirinə yüksək səviyyədə hazırlaşıb

“COP inkişaf etməkdə olan dünyanın iqlim dəyişikliyi problemlərinin maliyyələşdirilməsi öhdəliyini yenidən nəzərdən keçirmək üçün ölkələrin bir araya gəldiyi önəmli bir platformadır”.

Bunu AZƏRTAC-a müsahibəsində Cənubi Koreyanın iqlim dəyişiklikləri üzrə nazir müavini Keeyong Chung deyib.

O qeyd edib ki, Cənubi Koreya Paris razılaşması kontekstində inkişaf etməkdə olan ölkədir: “Ancaq biz bu istiqamətdə dünya ehtiyaclarına öz töhfəmizi verməyə çalışırıq”.

Azərbaycanın COP29 tədbirinə yüksək səviyyədə hazırlaşdığını bildirən nazir müavininin sözlərinə görə, COP29 tədbirində könüllülər tərəfindən səmimi qarşılanması olduqca sevindirici haldır.