COP29-un təşkilatçılığı hamımızı heyran etdi - Duda

Bakıda COP29-un təşkilatçılığı hamımızı heyran etdi.

Trend xəbər verir ki, bu barədə COP29-un keçirildiyi məkanda jurnalistlərə açıqlamasına Polşa Prezidenti Andjey Duda deyib.

"Mən çox şadam ki, Bakıda keçirilən bu iqlim sammitinin açılışında iştirak etmişəm. Konfransın təşkilatçılığı hamımızı heyran etdi. Burada ev sahiblərini, Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edirik. İqlim sammitinin təşkilində təcrübəmiz var və tam məsuliyyətlə deyə bilərəm ki, bu sammit yaxşı təşkil olunub," - o bildirib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.