Bakı, 26 iyun, AZƏRTAC
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105-ci ildönümü ilə bağlı paylaşım edib.
AZƏRTAC paylaşımı təqdim edir: "Azərbaycan türkü qardaşlarımızın əmin-amanlığı və təhlükəsizliyi üçün qəhrəmancasına və fədakarcasına xidmət edən Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik”.