Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması regionu inkişaf etdirəcək - Hakan Fidan

Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olmasına yaxınlaşmışıq.

Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisinin 2025-ci il büdcə müzakirələri çərçivəsində çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Türkiyə üçün mühüm əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda sülhün bərqərar olacağına ümid işığı var.

"Biz Azərbaycan-Ermənistan sülhünün bərqərar olmasına yaxınlaşmışıq. Sülhün əldə olunması regionu inkişaf etdirəcək və yeni imkanlar gətirəcək. Türkiyə bu prosesdə bütün səyləri dəstəkləyir", - deyə H.Fidan bildirib.