BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibinin mətbuat katibi Stefani Trembli bildirib.
"Baş katib Qazaxıstanın qərbində bir çox insanın, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan Respublikası və Rusiya Federasiyası vətəndaşlarının həyatına son qoyan təyyarə qəzası xəbərindən dərin kədər hissi keçirir. O, həlak olanların ailələrinə səmimi başsağlığını çatdırır və hadisədən təsirlənmiş ölkələrlə həmrəyliyini ifadə edir. Baş katib, həmçinin bu faciəvi hadisədə yaralananların tez və tam sağalmasını arzulayır", - deyə qeyd olunub.