Ceyhun Bayramov və Hakan Fidan Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər (FOTO) (ƏLAVƏ OLUNUB)

Xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Daha sonra nazirlərin təkbətək görüşü baş tutub. Təkbətək görüşdən sonra Ceyhun Bayramov ilə Hakan Fidan arasında geniş tərkibdə görüş keçirilib.

Görüş çərçivəsində təhlükəsizlik, iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, humanitar sahələr üzrə Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn əməkdaşlıq məsələləri, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri, xüsusilə Yaxın Şərqdəki vəziyyət ətrafında müzakirələr aparılıb. Həmçinin Azərbaycan və Ermənistan arasında münaqişədən sonra münasibətlərin normallaşmasının hazırkı vəziyyətinə və sülh gündəliyinə, sülh prosesində qalan problemlərə də diqqət yetirilib.

Gallery