Mərhum dövlət xadimi Heydər Əliyev Türk dünyası üçün unudulmaz liderdir. Onun “Bir millət, iki dövlət” kəlamı reallıqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri türkiyəli tarixçi, professor İlber Ortaylı “Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri” mövzusunda beynəlxalq konfransda söyləyib.
Türkiyəli tarixçi vurğulayıb ki, Azərbaycan və Türkiyənin münasibətlərinin dünyada örnəyi yoxdur. Xarici siyasət baxımından da dostlarımız və düşmənlərimiz eynidir.