Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin ötürücülük qabiliyyətinin artırılmasına əlavə vəsaitlər yatırır - Baş nazir

Forum iştirakçılarına uğurlu fəaliyyəti regionun bütün ölkələrinin maraqlarını əhatə edən “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycanın rolu barədə məlumat verilib.

Vurğulanıb ki, Azərbaycan ərazisindən yükdaşımaların artımını nəzərə alaraq, ölkəmiz nəqliyyat infrastrukturunun müasirləşdirilməsi hesabına bu dəhlizlərin ötürücülük qabiliyyətinin artırılmasına əlavə vəsaitlər yatırır.

“İnanırıq ki, Xəzəryanı dövlətlər Xəzərin sülh, harmoniya, mehriban qonşuluq və səmərəli beynəlxalq əməkdaşlıq dənizi olaraq qalması üçün səylərini davam etdirməlidir. Bu, ilk növbədə, bizdən Xəzər dənizində təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində qətiyyətli tədbirlər görməyi tələb edir”, - deyə Baş nazir bildirib.