Pakistanın  Baş naziri Azərbaycana gələcək

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iki gün sonra Azərbaycana səfər edəcək

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani deyib.

"Ötən il Azərbaycan Prezidenti Pakistana səfər etdi. Biz Azərbaycanla bir çox sahələrdə yaxından əməkdaşlıq edirik", - o qeyd edib.