Prezident İlham Əliyev Artur Rasi zadəni “Heydər Əliyev” ordeni ilə təltif etdi

Artur Tahir oğlu Rasi zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə təltif olunub.