Emin Hüseynov bu il Ağdama köçürüləcək əhalinin sayını AÇIQLAYIB

Bu il ərzində Ağdam şəhərinin ətrafında olan 3 kənd və Ağdam şəhərinin özünə 10 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulub.

Trend xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ümumilikdə biz gələn il nəzərdə tutulan 5 məhəllədən 4-nə start verməklə, Ağdam şəhərinə 20 mindən çox əhalinin köçürülməsini nəzərdə tuturuq.

Xəbər yenilənəcək