Xocalı qurbanlarının ruhu şaddır: Soyqırımının 33-ci il dönümündə sakinlər doğma yurdlarına qayıdırlar – ŞƏRH

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Trend-ə açıqlamasında bildirib ki, bu faciənin üzərindən illər keçsə də, dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunub:

“1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımının bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı. Dünya bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilən bu fakt öz hüquqi qiymətini almalıdır”.

Millət vəkili vurğulayıb ki, müharibə dövründə törədilən bütün cinayətlərə görə Ermənistanın o dövrdə hakimiyyətdə olan bütün siyasi və hərbi rəhbərləri hərbi tribunal qarşısında cavab verməlidirlər:

“Çünki onlar işğal altında olan bütün əraziləri vəhşicəsinə dağıdıblar, bu yerlərin sakinlərinə qarşı vəhşilik, soyqırımı törədiblər. Bu əməllər cəzasız qalmamalıdır. Bu, həm də o baxımdan xüsusi əhəmiyyət daşıyır ki, ermənilər yadda saxlasınlar ki, onlar əvvəlkilərdən fərqli olaraq, bu dəfə törətdikləri cinayətlərə görə cəzasız qalmadılar. Növbəti dəfə bu kimi cinayətləri törətməkdən çəkinsinlər. Ermənistanın bu günə kimi eyni cinayətlərə davam etməsinin əsas səbəblərindən biri cəzasızlıqdır. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı”.

C.Məmmədov açıqlamasında “Xocalıya ədalət!” kampaniyasından da bəhs edib.

“Kampaniyanln məqsədi Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanan ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb”, - deyə deputat əlavə edib.