Təəssüf ki, Azərbaycanla Ermənistan arasında baş verən münaqişəyə dünya ölkələri fərqli aspektdən yanaşıb. Lakin Ukraynada baş verən hadisələr Avropaya bir daha ərazi bütövlüyü prinsipinin əhəmiyyətinin nə dərəcədə böyük olduğunu göstərdi.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Belqradda keçirilən “Cənubi Qafqaz: Əməkdaşlıq üçün çağırışlar və imkanlar” mövzusunda dəyirmi masada bildirib.
Transatlantik məkanda baş verən tranformasiyalara, yəni, ABŞ-ın avropalı tərəfdaşlarına dəstəyinin mümkün azaldılmasıNA və dayandırılmasına toxunan F. Şəfiyev bu prosesin Qara dəniz və Cənubi Qafqaz regionlarına təsirsiz ötüşməyəcəyini qeyd edib.
BMTM sədrinin sözlərinə görə, İkinci Qarabağ müharibəsi mühüm geosiyasi nəticələrə səbəb olmaqla, ilk növbədə, beynəlxalq hüququn universal prinsiplərinin əhəmiyyətini sübuta yetirdi.
“Geosiyasi baxımdan bu müharibə regiondakı dinamikanı dəyişdi”, - deyə o əlavə edib.