Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən terror aktını pisləyib.
Trend-in məlumatına görə, bu barədə Nazirlik öz "Twitter" səhifəsində yazıb.
“Biz Bajaurda siyasi konqresdə törədilən terror aktını şiddətlə qınayırıq. Biz 40 nəfərin ölümü, yüzdən çox insanın yaralanması ilə nəticələnən bu terror aktına qarşı qardaş Pakistanın yanındayıq.
Hökumətə, həlak olanlara və onların ailələrinə başsağlığı veririk” – bəyanatda deyilir.