Bakı, 31 iyul, AZƏRTAC
İyulun 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidan və digər yüksəkvəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.