Mart ayında BMT TŞ-yə Danimarka sədrlik edəcək

Mart ayında BMT Təhlükəsizlik Şurasına (TŞ) Danimarka sədrlik edəcək.

“Report”un ABŞ bürosu xəbər verir ki, TŞ-yə sədrlik fevral ayında BMT Təhlükəsizlik Şurasına rəhbərlik edən Çindən Danimarkaya keçəcək.

Danimarkanın dünya təşkilatındakı daimi nümayəndəsi Kristina Markus Louson tərəfindən ay ərzində BMT TŞ-nin gündəliyi ilə bağlı mətbuat konfransı keçiriləcək.