BMT inkişaf prioritetlərinin həyata keçirilməsində Azərbaycana dəstəyini bir daha təsdiqləyib

BMT ölkənin inkişaf prioritetlərini dəstəkləmək üçün Azərbaycan hökuməti ilə işləməyə sadiqliyini bir daha təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə təşkilat "X" sosial şəbəkəsində paylaşım edib.

"Düz 33 il əvvəl, 1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv olub və o vaxtdan bəri çoxtərəfli təşəbbüslərdə fəal iştirak edir. BMT milli inkişaf prioritetlərini irəlilətmək üçün Azərbaycan hökuməti ilə tərəfdaşlığa sadiqdir. Sıx əməkdaşlıq davamlı tərəqqinin açarıdır", - deyə qeyd olunub.