Sahibə Qafarova Gürcüstan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək

Martın 10-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstana rəsmi səfərə gedib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, səfər çərçivəsində Sahibə Qafarovanın Gürcüstan rəhbərliyi ilə bir sıra görüşləri nəzərdə tutulub.