Bakı, 2 avqust, AZƏRTAC
Rəcəb Tayyib Ərdoğanın göstərişinə əsasən, Türkiyənin 81 vilayətindən 52-nin təhlükəsizlik orqanlarına yeni rəhbərlər təyin olunub.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidentinin müvafiq fərmanı “Resmi Gazete”də dərc edilib.
T24 xəbər portalının məlumatına görə, 24 vilayətin, o cümlədən paytaxt Ankaranın polis rəisi sabiq daxili işlər naziri Süleyman Soylunun rəhbərliyi dövründə təyin edilmişdi. Hazırda Türkiyənin daxili işlər naziri Ali Yerlikayadır.
Türkiyə hakimiyyəti polis idarələri rəhbərlərinin dəyişdirilməsinin səbəbləri barədə şərh verməyib.