Ermənistan silahlı qüvvələri bu mövqelərimizi atəşə tutub - MN

Martın 16-sı saat 20:10-dan 20:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Burun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, bu gün ordumuzun mövqeləri daha iki dəfə atəşə tutulub.

 

Belə ki, saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bundan əlavə, saat 18:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.