İraq türkmanları ilə Azərbaycan arasında tarixən ortaq dəyərlər mövcuddur. Çətin şərtlərə baxmayaraq, dilimizi, mədəniyyətimizi unutmadıq, ayaqda durmağı bacardıq, varlığımzıdan əl çəkmədik.
AZƏRTAC xəbər verir ki, bu sözləri İraq parlamentinin deputatı Ərşad Rəşad Salehi Bakıda keçirilən "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda söyləyib.
İraqlı deputat Xocalı soyqırımından da danışıb: “Xocalı faciəsi təəssüf ki, hələ də İraqda rəsmi olaraq soyqırımı kimi tanınmayıb. Biz Xocalı soyqırımını İraqda tanıtmaq üçün var gücümüzlə çalışacağıq”.