Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və Prezident Frank-Valter Ştaynmayer, Birinci xanım Elke Büdenbender Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertdə iştirak ediblər (FOTO/VİDEO)

Aprelin 2-də Heydər Əliyev Mərkəzində məşhur Azərbaycan və alman bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təşkil olunub.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer, Birinci xanım Elke Büdenbender tədbirdə iştirak ediblər.

Konsertdən sonra furşet təşkil olunub.