Türkiyə Milli Kəşfiyyat İdarəsi Suriyanın şimalında 3 terrorçunu həbs edib

Bakı, 10 avqust, AZƏRTAC

Türkiyə terrorçulara qarşı mübarizəni qətiyyətlə davam etdirir. Suriyanın şimalında daha bir uğurlu əməliyyat həyata keçirilib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın şimalındakı əməliyyatda 3 İŞİD terrorçusunun həbs edildiyini açıqlayıb.

Bundan əlavə, terrorçuların xeyli sayda silah-sursatının ələ keçirildiyi bildirilir.