ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Trevis Uitkoff Rusiyaya səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kremlin rəsmi nümayəndəsi deyib: “Bəli, mən bunu təsdiqləyirəm. O, həqiqətən də Rusiyaya səfərə gəlib”.
Uitkoffun Rusiya Prezidenti Vladimir Putin ilə görüşəcəyi barədə suala dəqiq cavab verməyən Peskov deyib: “Əgər görüş olarsa, bu barədə məlumat verəcəyik”.