TÜRKPA-ya üzv parlamentlərin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin II iclası keçirilir

Milli Məclisdə Türkdilli Dövlətlərin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik komitəsi sədrlərinin ikinci iclası keçirilir.

Trend xəbər verir ki, iclas "Türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi: Parlamentlərin rolu" mövzusuna həsr olunub.

Tədbirdə Türkiyənin sabiq müdafiə naziri, Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komitəsinin hazırkı sədri Hulusi Akar, Qazaxıstan Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin üzvü Amangeldi Nuğmanov, Qırğızıstan Joqorku Keneşinin Beynəlxalq işlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsi sədrinin müavini Eldar Sulaymanov, Özbəkistan Ali Məclisi Senatının Müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Qutbidin Burxanov, Şimali Kipr Türk Cümhuriyyətinin Hüquqi, siyasi məsələlər və xarici əlaqələr komitəsinin sədri Yasemi Öztürk, Türk Dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Süreya və digər rəsmilər iştirak edirlər.

Xəbər yenilənəcək