Ərdoğan Azərbaycanla Türkiyə arasında qaz sahəsində əməkdaşlıq haqqında Sazişi təsdiq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan hökümətləri arasında təbii qaz sahəsində əməkdaşlıq haqqında Sazişi təsdiq edib.

Trend xəbər verir ki, müvafiq qərar "Resmi Gazete"də dərc edilib.

Sözügedən saziş ötən ilin 14 may tarixində İstanbulda imzalanıb.

Xəbər yenilənəcək