Roma Papası Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmasını arzulayıb

Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını arzulayıb.

Trend-in məlumatına görə, bu barədə Roma Papasının Pasxa bayramı münasibəti ilə mesajında ​​deyilib.

Mesajında ​​Balkan ölkələrinə də toxunan Papa Fransisk, bu ölkələrin siyasətçilərini gərginlik və böhranın qarşısını almağa çağırıb, həmçinin Afrika ölkələri (DKR, Sudan, Sahel bölgəsi), Yəmən və Myanmadakı vəziyyətə toxunub.