Pezeşkianın Azərbaycana səfərində əməkdaşlıq sahəsində yeni səhifənin açılacağına ümid edilir – Mehdi Sənayi

İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərində bütün sahələr, o cümlədən ticarət və sərhəd vilayətlər üzrə əməkdaşlığın inkişafında yeni səhifənin açılacağına ümid edilir.

Trend-in məlumatına görə, bunu İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, İran prezidentinin Azərbaycana səfəri çərçivəsində bir çox proqramlar nəzərdə tutulub: "İki qardaş ölkə arasında tarixi bağlar mövcuddur".

M.Sənayi İran prezidentinin Azərbaycana 28 apreldə səfər edəcəyini qeyd edib.