Azərbaycan Ordusunun Ermənistan mövqelərini atəşə tutması barədə məlumat yalandır - MN

Bakı. Trend:

Avqustun 17-si saat 21:15-dən 21:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - deyə nazirlik bildirib.