Nabil Ayyad: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə QHT-lərin səylərinə rəhbərlik edə bilər

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə və Qlobal Cənubda transformasiyaların təşviqində güclü hərəkətverici qüvvə kimi QHT-lərin rolunun gücləndirilməsi üzrə səylərə başçılıq etmək üçün lazımi bacarıqlara malikdir.

“Report” xəbər verir ki, bunu Avropa Tətbiqi Elmlər Universitetinin (Böyük Britaniya) Qlobal Avropa Diplomatiya Akademiyasının direktoru Nabil Ayyad Qlobal Cənub QHT Platformasının təsis konfransının açılış mərasimində bildirib.

Onun sözlərinə görə, Qlobal Cənub ölkələri bu gün iqlim dəyişikliyinin nəticələrinin ön xəttindədir və dəniz səviyyəsinin qalxması və ətraf mühitin artan deqradasiyası kimi ekstremal hava hadisələrinin səbəb olduğu ciddi və qeyri-mütənasib çağırışlarla üzləşir.

"Bu çətinliklərə baxmayaraq, Qlobal Cənub QHT-lərinin məhz davamlılığı, ixtiraçılıq qabiliyyəti və həmrəyliyi nikbinlik üçün ciddi əsaslar verir. Qlobal Cənub mədəni və təbii resurslarla zəngindir, yaradıcı potensiala, həyat qabiliyyətinə və geniş kütlələri səfərbər etmək qabiliyyətinə malikdir", - direktor vurğulayıb.

Xəbər yenilənir