Bakıda ICESCO-nun regional ofisi yaradılacaq

Biz Bakıda ICESCO-nun regional ofisini yaradacağıq.

Trend xəbər verir ki bu sözləri ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki Qərbi Azərbaycan İcmasının inzibati binasında İcma rəhbərliyi ilə görüşü zamanı deyib.

O bildirib ki, bu, ICESCO üçün bir qovşaq olacaq.

"Həm Azərbaycanı, həm də Mərkəzi Asiyanı birləşdirən bir qovşaq yaratmağı düşünürük. Bu, o deməkdir ki, ICESCO ofisi Azərbaycanda yerləşəcək", - deyə o əlavə edib.

Xəbər yenilənəcək