Elçin Əmirbəyov Meksika Senatında olub

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksikaya səfər edib.

Trend-in məlumatına görə, bu barədə Meksika Senatı "X" sosial şəbəkəsində yazıb.

Məlumata əsasən, aprelin 29-da Elçin Əmirbəyov Meksika Senatında olub.

Orada keçirilən görüş zamanı hər iki xalq arasında qardaşlıq əlaqələrinin bir daha təsdiqlənməsi və iki xalq arasında əlaqələrin möhkəmləndirilməsi arzusu ifadə olunub.