Azərbaycan ilə Türkiyə hərbçiləri birgə komando təlimləri keçiriblər

Naxçıvanda Azərbaycan ilə Türkiyə hərbçiləri arasında birgə komando təlimləri keçirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

 

Bildirilib ki, Türkiyə ordusunun 9-cu Komando Briqada komandanlığımız və Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi bölmələri “Birgə Komando Təlimi” keçiriblər.