İtaliyada "Milli Kimlik, Müqavimət və Suverenlik: Korsika üçün perspektivlər" mövzusunda konfrans keçirilir

İtaliyanın Roma şəhərində Bakı Təşəbbüs Qrupu və Korsika Nazione Hərəkatının birgə təşkilatçılığı ilə "Milli Kimlik, Müqavimət və Suverenlik: Korsika üçün perspektivlər" mövzusunda tematik konfrans öz işinə başlayıb.

Trend bu barədə Bakı Təşəbbüs Qrupunun "X" sosial şəbəkəsinə istinadən xəbər verir.

Bildirilib ki, tədbir qlobal diqqətin Korsikanın suverenliyi və əsas hüquqları uğrunda mübarizəsinə cəlb olunması məqsədi daşıyır.