ABŞ, Türkiyə, Suriya və Səudiyyə Ərəbistanı liderlərinin onlayn görüşü keçirilib (YENİLƏNİB)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Suriya lideri Əhməd Əş-Şaraa onlayn görüş keçiriblər.

Trend xəbər verir ki, bu barədə Anadolu xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, Türkiyə lideri onlayn görüşə öz iqamətgahından qoşulub. Onlayn danışıqlarda Ərdoğan Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarının tarixi əhəmiyyət daşıdığını bildirib.

xxx

11:48

 

Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampla Suriya administrasiyasının yeni rəhbəri Əhməd Əş-Şaraa arasında görüş keçirilir.

Trend xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb.

Məlumata əsasən, görüş ABŞ və Körfəz ölkələrinin əməkdaşlıq şurasının sammiti ərəfəsində keçirilir.

Görüşün təfərrüatı barədə hələlik məlumat verilmir.

Xəbər yenilənəcək