Azərbaycan və Serbiya arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

DHA Press xəbər verir ki, Qanuna əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” 2022-ci il noyabrın 23-də Belqrad şəhərində imzalanmış Saziş təsdiq edilir.