Hakan Fidan Rusiyanın Ukrayna ilə danışıqlar üzrə nümayəndə heyətinin başçısı ilə görüşüb

Mayın 15-də axşam saatlarında İstanbuldakı Dolmabahçe sarayında Türkiyənin xarici işlər naziri Hakan Fidanla Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi danışıqlar qrupu arasında görüş baş tutub.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidentinin Dolmabahçedəki ofisində keçirilən görüş mətbuata qapalı olub. Müzakirələrdən sonra heç bir açıqlama verilməyib.

Bu arada Türkiyə mətbuatı ABŞ dövlət katibi Mark Rubionun başçılıq etdiyi ABŞ nümayəndə heyətinin İstanbula yola düşməsi ilə bağlı xəbər yayıb.

ABŞ diplomatiyasının rəhbəri Rusiya-Ukrayna danışıqları zamanı İstanbulda olacaq.