Lavrov yaxın günlərdə Ermənistana gedir

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Ermənistana rəsmi səfər edəcək.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, rusiyalı XİN rəhbərinin Ermənistana səfəri mayın 21-ə planlaşdırılıb.

Lavrovun ermənistanlı həmkarı ilə görüşəcəyi, daha sonra görüşün yekunlarına dair birgə mətbuat konfransının keçiriləcəyi bildirilir.