Zakir Həsənov Təl-Əvivdə israilli həmkarı ilə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edib

İsraildə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu gün israilli həmkarı İsrail Katzla Təl-Əvivdə görüşüb.

Trend xəbər verir ki, bu barədə Times of İsrael” nəşri İsrailin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, görüşün başlıca məqsədi təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsi olub.

Görüşün gedişində Katz İsrail və Azərbaycanın dərin strateji müttəfiqlik əlaqələrini təqdir edərək, ölkələrin ortaq maraqları və qarşılıqlı etibarı bölüşdüyünü vurğulayıb.

O, “7 oktyabr” hadisələri zamanı göstərdiyi dəstəyə görə, eləcə də, İsraillə Türkiyə arasında danışıqlara vasitəçilik etmək səylərinə görə Azərbaycana təşəkkürünü çatdırıb.